Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub - FOTOLAR

Sosial

03 Aprel 2026 20:26 504


Aprelin 3-də Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. İnfoturda elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, jurnalist və blogerlər, eləcə də digər qonaqlar iştirak ediblər.

"Yeni Sabah" xəbər verir ki, infoturun məqsədi peşə təhsili sahəsində həyata keçirilən yeniliklərin, regionlarda müasir tədris imkanlarının və peşə təhsili alan tələbələr üçün yaradılmış şəraitin ictimaiyyətə daha geniş təqdim edilməsi, eləcə də peşə təhsilinin təşviqi, bu sahəyə marağın artırılmasından ibarətdir. 

İnfotur çərçivəsində iştirakçılar mərkəzdə yaradılmış maddi-texniki baza, tədris emalatxanaları, laboratoriyalar, maldarlıq ferması ilə tanış olublar. Bu çərçivədə tələbələrin qazandıqları bacarıqlar, onların real iş mühitinə hazırlanması və peşə təhsilinin tətbiq yönümlü xarakteri əyani şəkildə nümayiş etdirilib.  Toyuqlu pizza

Qeyd edilib ki, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradır. Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Əlavə edilib ki, Peşə Təhsil Mərkəzində qənnadçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılır. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanır. 

İnfotur zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!