Cəlilabad sakini həmkəndlisini bıçaqla öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabad sakini həmkəndlisini bıçaqla öldürdü

Kriminal

06 Dekabr 2021 10:07 627


Dekabrın 4-ü saat 16 radələrində Cəlilabad rayonu, Sabirabad kənd sakini 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Cəlilabad rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin həmkəndlisi 1976-cı il təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. pizza

Akif Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!