Cəlilabadda bacı-qardaş arasında yaranan mübahisə qanla bitdi

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda bacı-qardaş arasında yaranan mübahisə qanla bitdi

Kriminal

30 Avqust 2025 23:19 554


Cəlilabadda bacı-qardaş arasında yaranan mübahisə qanla bitib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.

Kənd sakinləri 1982-ci il təvəllüdlü Şəfəq Əsgərova ilə qardaşı 1979-cu il təvəllüdlü Nurəddin Əsgərov arasında mübahisə yaranıb. pizza

Bu zaman Şəfəq Əsgərova bıçağa əl atıb və qardaşı N.Əsgərova iki bıçaq zərbəsi endirib.

Xəsarət alan N.Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, bacı-qardaş arasında mübahisə tez-tez baş verirmiş.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, 1979-cu il təvəllüdlü Nurəddin Əsgərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!