Cəlilabadda KÜTLƏVİ DAVA: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda KÜTLƏVİ DAVA: Xəsarət alanlar var

Hadisə

08 Noyabr 2023 22:48 1130


Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb. 

Yenisabah.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb. 

Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb.  Sezar pizza

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!