Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs tutuldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs tutuldu - Foto

Hadisə

05 Fevral 2022 18:14 693


Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Cəlilabad rayon sakini C.Niftioğlunun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən C.Niftioğlunun narkotik vasitədən istifadə etdiyi məlum olub. pizza hut

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!