Cəlilabadda yaşayış evi tamamilə yanıb.
Yenisabah.az xəbər verir ki, rayonun Çünəxanlı kəndində Akif Yavər oğlu Ağayevə məxsus ev yanıb. Küləkli hava şəraiti yanğını daha da alovlandıraraq birmərtəbəli evin əşyaları ilə birlikdə yanmasına səbəb olub.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 3 texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və söndürülüb. pizza hut
Faktla bağlı araşdırma aparılır./APA
Telegram kanalımız