“Çelsi“ qış transferlərinə 323 milyon xərcləyib

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi“ qış transferlərinə 323 milyon xərcləyib

İdman

01 Fevral 2023 16:22 699


"Çelsi"nin bu qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etmək üçün xərclədiyi məbləğ müəyyənləşib. 

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, London klubu qış transfer pəncərəsində yeni transferlərə təxminən 323 milyon funt-sterlinq xərcləyib. 

"Çelsi" David Fofana (10 milyon sterlinq), Andrey Santos (18 milyon sterlinq), Benoit Badiaşil ( 35 milyon sterlinq), Joao Feliks (9,7 milyonsterlinq icarə haqqı), Mixail Mudrik (88,5 milyon sterlinq), Noni Madueke (29 milyon sterlinq) , Malo Qusto (26,3 milyon sterlinq) və Enzo Fernandeşi (106,8 milyon sterlinq) sıralarına qatıb.  pizza mizza

Ümumilikdə "Çelsi" qış transfer pəncərəsində La Liqa, A Seriya, Liqa 1 və Bundesliqadakı bütün klublardan daha çox pul xərcləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!