Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün 2 matç keçirilib. Turnirin son qalibi "Çelsi" doğma meydanda "Lill" ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatıb.
Digər oyunda isə "Yuventus" səfərdə "Vilyarreal"la heç-heçə edib - 1:1. pizza hut
Bu komandalar arasında cavab oyunları martın 16-də keçiriləcək.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
22 fevral
00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:0
Qollar: Haverts, 8, Pulişiç, 63
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:1
Qollar:Parejo, 66 - Vlahoviç,1
Baş hakim: Daniel Zibert (Almaniya)
Telegram kanalımız