“Çelsi“yə daha bir türk müştəri çıxdı

saytların hazırlanması

Evə çatdırılma

“Çelsi“yə daha bir türk müştəri çıxdı

İdman

09 Mart 2022 18:00 575


Türkiyəli iş adamı Muhsin Bayrak “Çelsi”nin səhmlərini almaq istəyir.

Yenisabah.az xəbər verir ki, “AB Grup Holding”in sahibi  tezliklə istəyinə çatacağına inanır.

O, “zadəganlar”ın hazırkı sahibi Roman Abramoviçin də bu fikirdə olduğunu söyləyib: Toyuqlu pizza

“İdarə Heyəti sabah məsələyə aydınlıq gətirəcək. Hazırda xoşagəlməz bir durum yoxdur. Bu cəsarəti bir türkün göstərməsi, Türkiyəni bütün dünyanın müzakirə mövzusu etməsi önəmli işlərdir. Dünya futbol ictimaiyyəti və bu işi bilən insanlar “Çelsi”ni almaq şansımızın 90% olduğunu düşünür. Roman Abramoviç də bu fikirdədir”.

Qeyd edək ki, “Çelsi”nin hazırkı sahibi Roman Abramoviç 2003-cü ildə 140 milyon funt sterlinqə aldığı səhmləri indi 4 milyarda satmağı planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!