Frenk Lempard "Çelsi"yə baş məşqçi təyin olunub.
“Yeni Sabah” xəbər verir ki, London klubu Lempardla 3 illik müqavilə imzalayıb. O, Mauritsio Sarrini əvəz edib.
Lempard Böyük Britaniya mətbuatına açıqlamasında “Çelsi”yə qayıtdığı üçün xoşbəxt olduğunu və burada böyük uğurlar qazanmaq istədiyini bildirib:
““Çelsi”yə baş məşqçi kimi qayıtdığım üçün çox sevinirəm. Hər kəs bu kluba olan sevgimi və burada olarkən necə tarix yazdığımızı bilir. Bura uğurlar qazanmaq üçün gəlmişəm. İşimə başlamağa səbirsizlənirəm”.
Qeyd edək ki, Lempard 2001-2014-cü illər aralığında "Çelsi"nin formasını geyinib.
Telegram kanalımız