Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.
“Yeni Sabah” xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə əsas mərhələdə çıxış edəcək Azərbaycan çempionu "Araz”ın da rəqibləri bəlli olub.
A yolunda yer alan Naxçıvan təmsilçisi "Benfika” (Portuqaliya), "Halle Gooik” (Belçika) və "Xerson”la (Ukrayna) birgə 2-ci qrupa düşüb.
Qeyd edək ki, əsas mərhələnin oyunları 8 - 13 oktyabrda keçiriləcək.
Telegram kanalımız