Bu gün Çempionlar Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.
Yensabah.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
"Ayaks" Portuqaliyada "Benfika"nın qonağı olub. 4 qolun vurulduğu matç bərabərliklə bitib - 2:2. Dominos pizza
Digər qarşılaşmada isə "Atletiko" Madriddə "Mançester Yunayted"i qəbul edib. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 10, 15, 16 və 17 mart tarixlərində keçiriləcək.
23 fevral
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
00:00. "Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) - 2:2
Qollar: Haller, 26-avtoqol, Yaremçuk, 72 - Tadiç, 18, Haller, 29
00:00. "Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Qollar: Joao Feliks, 7 - Elanqa, 80
Telegram kanalımız