Çempionlar Liqası: “Qarabağ”dan Macarıstanda tarixi qələbə

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqası: “Qarabağ”dan Macarıstanda tarixi qələbə

İdman

20 Avqust 2025 00:58 917


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə"Ferentsvaroş"la (Macarıstan) qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi qələbəyə qazanıb - 3:1.

Oyunda hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. pizza

İkinci hissədə dönüş yaradan "Qarabağ" 50-ci dəqiqədə Marko Yankoviçlə bərabərlik qolunu vurub. 67-ci dəqiqədə isə Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!