Çempionlar Liqasında ilk püşk atıldı

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasında ilk püşk atıldı

İdman

07 İyun 2022 16:34 1174


Çempionlar Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.

Yenisabah.az xəbər verir ki, tədbirdə ilkin təsnifat mərhələsinin yarımfinal cütləri müəyyənləşib.

Bu mərhələdə Estoniyanın “Levadiya” klubu İslandiya təmsilçisi "Vikinqur"a, San-Marinonun “La Fiorita” klubu isə Andorra "İnter"inə (Eskaldes) rəqib olub. Dominos pizza

Yarımfinal oyunları iyunun 21-də, final isə iyunun 21-də olacaq. Qarşılaşmalar İslandiyada keçiriləcək. 

Qeyd edək ki, İlkin təsnifat mərhələsinin qalibi 1-ci təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibi hesab olunur. Bu raundun püşkatması isə iyunun 14-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!