Çempionlar Liqasındakı təmsilçimiz növbəti oyuna çıxır

saytların hazırlanması

Evə çatdırılma

Çempionlar Liqasındakı təmsilçimiz növbəti oyuna çıxır

İdman

29 Oktyabr 2021 11:25 693


"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirəcək. 

B qrupunda mübarizə aparan Joze Alesio Da Silvanın kollektivi Rumıniyanın "Yunayted Qalati" komandası ilə qarşılaşacaq.

Yenisabah.az xəbər verir ki, İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Dördpendirli pizza

Qeyd edək ki, qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu 3-cü pillədə qərarlaşıb. 

 29 oktyabr

Çempionlar Liqası, əsas mərhələ

B yolu, 6-cı qrup

II tur

18:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Yunayted Qalati" (Rumıniya)

Baş hakim: Deyan Veseliç (Sloveniya)

İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!