Cenevrədə görüş və ya paşinyansayağı təxribat

saytların hazırlanması

Evə çatdırılma

Cenevrədə görüş və ya paşinyansayağı təxribat

Rəsmi

29 Yanvar 2020 13:23 1225


Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağa səfər edib. 

Yenisabah.az xəbər verir ki, o, separatçıların lideri Bako Saakyanla birgə erməni əsgərlərinə yeni mənzillərin verilməsi mərasiminə qatılıb. 

Ekspertlər Paşinyanın bu səfərini növbəti avantura hesab edirlər. Çünki səfər Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın görüşü ərəfəsinə təsadüf edir. Görüş bu gün Cenevrədə baş tutub.  Toyuqlu pizza

Ekspertlərin fikrincə, Paşinyanın nazirlərin görüşü ərəfəsində Dağlıq Qarabağa səfər etməsini təsadüf saymırlar. Ermənistanın Baş naziri öz davranışları ilə dəfələrlə nümayiş etdirib ki, o sülh danışıqlarında maraqlı deyil. Hər dəfə danışıqlar ərəfəsində avnturist davranışlıar sərgiləyən Nikol Paşinyanın bu dəfə də oxşar addım atması problemin sülh yolu ilə çözülməsini getdikcə çətinləşdirir. Rəsmi Bakı hələ ki, Paşinyanın şıltaqlıqlarına təmkinlə yanaşır. Amma günün birində bu təmkin İrəvanı sarsıdacaq qəzəblə əvəzlənə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!