Cenevrədə strateji hücum silahlarına dair görüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Cenevrədə strateji hücum silahlarına dair görüş keçirildi

Dünya

15 Oktyabr 2021 11:05 724


Rusiya və ABŞ arasında strateji hücum silahlarının azaldılması ilə bağlı görüş keçirilib.

Yenisabah.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda deyilir ki, START-3 müqaviləsinə uyğun olaraq yaradılan ikitərəfli məsləhət komissiyasının 19-cu iclası Cenevrədə keçirilib. pizza sifarişi

ABŞ və Rusiya nümayəndə heyətləri tətbiqlə əlaqədar praktiki məsələlər ətrafında müzakirələrini davam etdiriblər.

Qeyd edək ki, START-3 Müqaviləsi 2011-ci ilin fevralında qüvvəyə minib.

Şərtlərə əsasən, tərəflər nüvə arsenalını azaldacaq. 7 il ərzində qitələrarası ballistik raketlərlə yanaşı, sualtı qayıqlarda və ağır bombardmançı təyyarələrdə olan ballistik raketlərin sayı 700, döyüş başlıqlarının sayı isə 1.550-ni keçməməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!