“Cənub” Elektrik Stansiyasına yeni qaz xətti çəkilir

saytların hazırlanması

Evə çatdırılma

“Cənub” Elektrik Stansiyasına yeni qaz xətti çəkilir

Sosial

18 Mart 2019 18:35 738


“Azərenerji” ASC “Reabilitasiya proqramına” uyğun olaraq ölkə elektrik enerjisi sistemi üzrə “itirilmiş” generasiya güclərinin bərpası məqsədilə apardığı işləri davam etdirir. 

“Yeni Sabah” xəbər verir ki, qoyuluş gücü 780 MVt olan “Cənub” Elektrik Stansiyası sentyabrda təhvil alınan zaman stansiyanın yükü 520 MVt olduğu halda, görülən işlər nəticəsində güc 720 MVt-a qaldırılıb və 200 MVt itirilmiş güc bərpa edilib. Lakin “Azərenerji” ASC stansiya üzrə əldə edilən bu nəticə ilə kifayətlənmək fikrində deyil və əlavə tədbirlərini davam etdirir. 

“Reabilitasiya Proqramına” uyğun olaraq hazırda Hacıqabul rayonunda yerləşən qaz paylayıcı stansiyadan Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasına 25 km məsafədə 530 diametrli yeni qaz xətti çəkilir. Buna səbəb isə əvvəl kənardan alınan qazın keyfiyyətinin aşağı olması ilə yanaşı istehsal prosesində bəzi problemlərin yaranması idi. Belə ki, hazırda “Cənub” ES-də hər birinin gücü 5 MVt olmaqla 2 ədəd qaz kompressoru işləyir, onlar qazın təzyiqini 6 atmosferdən 25 atmosferə qədər qaldırılmalı olur. Bu da orta hesabla ay ərzində 7 milyon kVts elektrik enerjisi sərfinə gətirib çıxarır. Yeni xətt çəkiləndən sonra qaz birbaşa turbinə daxil olacaq və həmin kompressorların işləməsinə ehtiyac qalmayacaq.  Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!