Cənubi Azərbaycanda müəllimlər aksiyaya başladı

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Azərbaycanda müəllimlər aksiyaya başladı

Hadisə

08 Aprel 2023 13:18 745


İranın Tehran, Robatkərim, Məlayer, Kirmanşah, Əhvaz və Neyşabur kimi şəhərləri ilə birlikdə İran Azərbaycanının Urmiyə, Həmədan və Kərəc şəhərlərində müəllimlər Təhsil İdarəsinin qarşısında etiraz aksiyası keçiriblər.

Nəşr edilən məlumata görə, təhlükəsizlik qüvvələri Kərəc şəhərində müəllimlərin Əlborz vilayətinin Təhsil İdarəsinin qarşısındakı yığıncağına müdaxilə edərək bu sinfin etiraz aksiyasının qarşısını alıb.

İran Müəllimlər Birliyinin Koordinasiya Şurası bundan əvvəl aprelin 6-na müəllimləri etiraz mitinqi keçirmək üçün çağırış bəyanatı yayımlamışdı. Bu çağırış “səlahiyyətlilərin, o cümlədən hökumətin, parlament üzvlərinin və təhsil nazirinin son zamanlar müəllimlərə qarşı hərəkətlərinə” etiraz olaraq verilib. pizza sifarişi

İranda pisləşən həyat şəraiti və müəllimlərin maaşlarının vaxtında və tamamilə ödənməməsi və ümumiyyətlə son illərdə ölkədə həm tələbələr həm də müəllimlər baxımından təhsilin keyfiyyətinin aşağı düşməsi kimi amillər müəllimlərin son vaxtlarda tez-tez etiraz mitinqi keçirməsinin səbəbləri arasındadır.

Həmçinin dərc olunan xəbərlərdə ölkənin müxtəlif şəhərlərində bəzi müəllimlərin həbsinin və onlara qarşı təzyiqlərin davam etdiyi bildirilir.

Amerikanın Səsi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!