Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də qrup mərhələsinə yekun vurulacaq.
Yenisabah.az xəbər verir ki, 3-cü turun son oyun günündə G və H qruplarında 4 matç keçirilir və 1/8 finalın bütün cütlükləri məlum olacaq.
G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya Kamerunla qarşılaşacaq. Qrupun digər oyununda İsveçrə Serbiya ilə üz-üzə gələcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar. Toyuqlu pizza
H qrupunda isə 1/8 finala adlayan Portuqaliya millisi Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub. Qana isə Uruqvaya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra H qrupunda Portuqaliya qrup lideri, Cənubi Koreya qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.
DÇ-2022, qrup mərhələsi, 3-cü tur
2 dekabr
H qrupu
19:00. Qana - Uruqvay - 0:2
Qol: Arraskaeta, 26, 32
19:00. Cənubi Koreya - Portuqaliya - 2:1
Qol: Yunq Qvon, 27, Hvan Hi, 90+2 - Horta, 5
Telegram kanalımız