Cənubi Koreyada prezidentin həbsinə İCAZƏ VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreyada prezidentin həbsinə İCAZƏ VERİLDİ

Dünya

11 Dekabr 2024 08:07 384


Cənubi Koreyada yüksək vəzifəli məmurların işlərinə dair korrupsiya əleyhinə istintaq idarəsinin rəisi O Don Un prezident Yun Sok Yolun konstitusiya quruluşunun devrilməsi məqsədilə qiyam işi çərçivəsində həbs olunmasını istisna etmir.

Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Biz istintaqı diqqətlə aparırıq və həbs məsələlərini nəzərdən keçiririk," - deyə O Don Un parlamentdə prezidentin həbs olunub-olunmayacağı barədə suala cavab verib. pizza hut

Ondan prezidentin həbsini planlaşdırıb-planlaşdırmadığını soruşublar.

"Bu məsələdə niyyətlər kifayət qədərdir, lakin istintaqın öz proseduru və bununla bağlı digər məsələləri var. Biz də həmin işlərlə məşğuluq," - deyə O Don Un qeyd edib.

Məlumata görə, prezidentə qarşı qiyam şübhəsi ilə bağlı istintaqı polis, prokurorluq və antikorrupsiya qurumu aparır.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!