Hər insan bəzən normal həyatından kənara çıxıb macəra arxasınca düşə bilər. Cəsarət tələb edən hərəkətlər hərdən arzuolunmaz nəticələrə gətirib çıxarır. Sürpriz nəticələr insanı bu hərəkətləri təkrar etməkdə tərəddüdə sala bilər. Bununla belə, bəzi bürclər var ki, heç vaxt təhlükəli şeyləri sınamaqdan vaz keçmirlər. Cəsarət az qala onların göbək adına çevrilib.
Bəs görəsən, hansı bürc ən cəsurdur?
Yenisabah.az cəsarətləri ilə hamını heyran edən 4 bürcü təqdim edir: Marqarita pizza
Qoç astrologiyada ən cəsarətli bürclərdən biridir. Bu bürcün həyatında tərəddüd, gözləmə, ehtiyatlı davranma kimi anlayışlar yoxdur.
O, təhlükəli və riskli vəziyyətlərdə belə tərəddüd etmədən hərəkət edir.
Ancaq bəzən bu, Qoçun əleyhinə işləyir. Çünki o, qarşı tərəfin müdir, məmur və ya nüfuzlu şəxs olmasının fərqinə varmadan öz fikirlərini sərt şəkildə söyləyir.
Şir cəsarət baxımından öndə gedən bürclər arasındadır. Qrupla aparılan məsələlərdə idarəetməni öz üzərinə götürməyə və qərarlar qəbul etməyə çalışır. Həmişə öz qərarlarının ən yaxşısı olduğunu düşünərək hərəkət edir. Rəhbərliyi ələ alanda cəsarətli olur.
Bu bürcün nümayəndələri son dərəcə şən olduqları üçün cəsarətli davranışı onları əyləncəli göstərir. Ağır işi sevməyən, tənbəlliyi sevən Şirlər üzərlərinə götürdükləri məsuliyyətin zəhmətkeş hissəsinə deyil, idarəetmə hissəsinə ütünlük verir.
Əqrəb astrologiyada ən sirli və mürəkkəb bürclərdən biridir. Əqrəblər qadağan olunmuş və qaranlıq işlərin arxasınca getməyi sevirlər.
Naməlum şeylər həmişə Əqrəbin diqqətini çəkir. Qaranlıq tərəfi izləmək onun təbiətində var.
Əqrəblər qorxu-triller filmlərinə baxmaq üçün ideal tərəfdaşlardır. Cəmiyyətdə qoyulan qadağaları qırmaq da onlar üçün çox cəlbedicidir.
Oxatan bürcü macərapərəstliyi ilə diqqət çəkir. Onun adrenalin ləzzətini almağa cəsarət etməyəcəyi heç bir şey yoxdur. Statik fəaliyyətlər onun üçün deyil.
Oxatan bir çox insanın çəkindiyi çətin idman növləri ilə kor-koranə məşğul olur. O, cəsarəti ilə hamını heyran edir. Yamac paraşütü, alpinizm və xizək kimi təhlükəli idman növlərinə üstünlük verirlər.
Əsmətxanım
Telegram kanalımız