Cəsədləri 106 il sonra tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Cəsədləri 106 il sonra tapıldı

Dünya

23 Dekabr 2024 16:28 427


Fransanın Elzas departamentinin Hunspax qəsəbəsi yaxınlığında Birinci Dünya müharibəsindən qalma daha 3 cəsəd tapılıb. Aşkarlanan sümüklərin qərb cəbhəsində döyüşən fransızlara aid olduğu güman edilir.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, departament rəhbərliyi qalıqların tibbi ekspertizaya göndərildiyini açıqlayıb. Müharibə dövründə sözügedən ərazidə güclü döyüşlər gedib.

Qeyd edək ki, Fransanın Elzas və Lotaringiya departamentləri etnik almanların çoxluqda olduğu ərazilərdir. Birinci Dünya müharibəsində Almaniya və Fransa arasında cəbhə xətti məhz bu 2 departamenti əhatə edib. 4 il davam edən döyüşlərə hər iki tərəfdən təxminən 10 milyon hərbçi qatılıb. Onların 5 milyonu (Almaniya 3, Fransa 2 milyon) müharibənin gedişində həlak olub. Dördpendirli pizza

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!