Çexiyada “Qarabağ“ azarkeşləri üçün 627 bilet ayrılıb

saytların hazırlanması

Evə çatdırılma

Çexiyada “Qarabağ“ azarkeşləri üçün 627 bilet ayrılıb

İdman

20 Avqust 2022 13:11 1188


"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın Plzen şəhərində "Viktoriya"ya qarşı keçirəcəyi cavab matçında azərbaycanlı azarkeşlər üçün sektor ayrılıb. 

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin "Report"a verdiyi məlumata görə, bunun üçün stadion tutumunun faiz nisbəti olaraq 627 bilet satışa çıxarılacaq.

Həmin biletlər "Dusan Arena"nın U12 və U13 sektorları üçün nəzərdə tutulub. Biletlərin qiyməti 25 avrodur. Həmin biletlərin satışı yalnız oyun günü – avqustun 23-də həyata keçiriləcək. pizza sifarişi

Xatırladaq ki, çexiyalı azarkeşlərin gələ bilməməsi səbəbindən tərəflərin Bakıda keçirilmiş ilk matçında "Viktoriya" tərəfdarlarsız oynamalı olmuşdu. "Qarabağ" isə Çexiya çempionunun razılığına əsasən, qonaq komanda azarkeşləri üçün nəzərdə tutulmuş 2500 bileti satışa çıxarmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!