Ceyhun Bayramov ilə Filip Riker arasında telefon danışığı olub

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov ilə Filip Riker arasında telefon danışığı olub

Siyasət

17 Oktyabr 2020 05:19 839


16 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Nazir Ceyhun Bayramov həmsöhbətini bölgədəki son gərginliklə bağlı, o cümlədən Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması barədə məlumatlandırıb. Ermənistanın məqsədli şəkildə dinc əhalini və mülki infrastrukturu, cəbhə xəttindən çox uzaqda yerləşən şəhər və rayonları atəşə tutması, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qalması və nəticədə ciddi insan itkisinin olması Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırılıb.

ABŞ Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker humanitar atəşkəsə riayət olunmasının və siyasi dialoqun bərpa olunmasının vacibliyini vurğulayıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!