Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə etdi

Siyasət

25 İyun 2024 19:38 433


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan-Rusiya ikitərəfli əlaqələri, regional platformalar çərçivəsində görülən işlər, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar müzakirə olunub. Dominos pizza

C.Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. Bununla yanaşı, Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddiaların proses çərçivəsində əsas maneə olduğu diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!