Ceyhun Bayramov: “İran tərəfindən araşdırmanın nəticələrini gözləyirik“

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov: “İran tərəfindən araşdırmanın nəticələrini gözləyirik“

Siyasət

06 Mart 2026 13:39 347


“Azərbaycan Prezidenti İlham Əliyevin dünənki fikirləri açıq bir mesajdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 6-da Bakıda Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

“Dünən İran XİN rəhbəri ilə telefon danışığımızda məsələni müzakirə etdik. İran tərəfi məsələni ciddi şəkildə araşdırmağa söz verdi, biz də nəticələri gözləyirik”. Pepperoni pizza

C.Bayramov həmçinin bildirib ki, dövlət başçısı ötən gün baş verən dron hücumu ilə bağlı müvafiq tapşırıqlar verib:

“Artıq hadisə ilə bağlı diplomatik addımlar atılıb, nota verilib, həmkarımla telefon danışığımız olub. Artıq məsələ ilə bağlı İran tərəfindən araşdırmanın başladılması ümumi prosesdir. Azərbaycanın təhlükəsizlik tədbirləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçirilir. Regional gərginlik fonunda hərbi qüvvələrin hazırlıq səviyyəsi maksimuma çatdırılıb”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!