Ceyhun Bayramov Pakistanın yeni səfiri ilə Qarabağ münaqişəsini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Pakistanın yeni səfiri ilə Qarabağ münaqişəsini müzakirə etdi

Siyasət

28 Sentyabr 2020 21:59 984


Xarici İşlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bilal Hayenin etimadnaməsinin surətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Ceyhun Bayramov Azərbaycan və Pakistan arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək əməkdaşlıq, habelə çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.

Sonra XİN başçısı 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı törətdiyi yeni təcavüz aktı barəsində danışaraq, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərini  və kəndlərini atəşə tutduğunu və nəticədə mülki əhali arasında itkilərin olduğunu diqqətə çatdırıb. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən nazir Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirib. Bu xüsusda, nazir qardaş ölkə olan Pakistanın hər zaman olduğu kimi bu gündə nümayiş etdirdiyi dəstəyinə görə təşəkkürünü ifadə edib.  pizza

Öz növbəsində səfir Bilal Haye ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin yüksək səviyyədə həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Səfir, həmçinin Azərbaycanın haqlı mübarizəsində Pakistanın hər zaman ölkəmizin yanında olduğunu vurğulayıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!