Ceyhun Bayramovla Türkmənistan XİN rəhbəri arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramovla Türkmənistan XİN rəhbəri arasında telefon danışığı oldu

Siyasət

07 Mart 2026 10:48 529


Türkmənistanın Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"Yeni Sabah" xəbər verir ki, telefon danışığı zamanı, Naxçıvan Muxtar Respublikası ərazisinə İran tərəfindən dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.

Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Nazir bildirib ki, Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. Hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində izahat verilməsinin tələb olunduğu diqqətə çatdırılıb. pizza sifarişi

Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!