CHP-lilərin daxili işlər naziri ilə davası - Video

saytların hazırlanması

Evə çatdırılma

CHP-lilərin daxili işlər naziri ilə davası - Video

Dünya

20 Noyabr 2024 16:29 611


Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları ilə dava edib.

Yenisabah.az Diken-ə istinadla xəbər verir ki, dava DİN büdcəsi ilə bağlı müzakirələr zamanı baş verib.

Nazir və onu müşayiət edən şəxslərin zalda görünməsi gərginlik yaradıb. pizza hut

Deputatlar “qəyyumluq büdcəsinə yox” və “qəyyumluq xalqın iradəsinə zərbədir” yazıları ilə komissiyanın qarşısındakı zala daxil olublar.

CHP üzvləri bildirib: “Siz bizi Esenyurt bələdiyyəsinə qəbul etmədiniz, biz də sizi parlamentə qəbul etməyəcəyik”.

Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında, başda Esenyurt bələdiyyəsi olmaqla, 4 bələdiyyəyə qəyyum təyin edilməsinə etiraz edən CHP-li millət vəkilləri ilə AKP-li millət vəkilləri arasında dava başlayıb.

Əli Yerlikaya komissiya otağına çətinliklə daxil ola bilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!