Cıdır mövsümünün növbəti yarışı keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Cıdır mövsümünün növbəti yarışı keçirildi - Fotolar

İdman

20 May 2023 19:43 1039


May ayının 20-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 2023-cü ilin Cıdır mövsümünün növbəti yarışı keçirilib.

Federasiyadan Yenisabah.az-a verilən məlumata görə, yarış 3 müxtəlif kateqoriya – İngilis təmizqanlı, Qarabağ və Dilbaz təmizqanlı atlar arasında, Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunub.

Yarışda 3 yaş Qarabağ və Dilbaz atları 1000 metr, 3 yaş və yuxarı Dilbaz və İngilis atları 1400 metr, 4 yaş və yuxarı Qarabağ atları 1600 metr məsafədə güclərini sınayıblar. Dördpendirli pizza

Gərgin idman mübarizəsinin müşahidə olunduğu mübarizədə ilk cıdırda 1000 metr məsafədə birinci yeri “Dəniz”, ikinci cıdırda 1000 metr məsafədə birinci yeri “Şahbulaq”, üçüncü cıdırda 1400 metr məsafədə birinci yeri “Atilla”, dördüncü cıdırda 1400 məsafədə birinci yeri “Bar Bar”, beşinci cıdırda isə 1600 məsafədə birinci yeri “Zilaxar” ləqəbli at qazanıb.

Sonda qaliblərin mükafatlandırılma mərasimi olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!