Şairə Cığatel İsaqızı avtomobil qəzasında dünyasını dəyişən 10 yaşlı nəvəsi Süleymanın məzarının görüntüsünü paylaşıb.
Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, o, nəvəsinə həsr olunan şeir də yazıb və "Süleymanıma" adlı şeiri şair izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, qəza hadisəsi Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Pepperoni pizza
"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb.
Telegram kanalımız