Dünyanın ən populyar çimərlikləri təhlükəli yosunlar tərəfindən işğal edilib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, "Sargassum" növündən olan yosunlar Mayamidən Meksikaya qədər hər yeri zəbt edib.
Qəhvəyi rəngli bu yosunlar lax yumurta qoxusu verir. Bu da turistlərin çimərliklərdən uzaqlaşmasına və otel rezervasiyalarını ləğv etdirmələrinə səbəb olur. Sezar pizza
Bildirilir ki, yosunlar gözlə təmas etdiyi halda kor olma ehtimalı da yaradır.
500 km-lik ərazidə yayılan yosunların turizm sektoruna verəcəyi zərərin milyardlarla dollar olacağı təxmin edilir. Yosunlara görə, "qırmızı" təhlükə səviyyəsi elan edilib.


Əsmətxanım
Telegram kanalımız