Çin “Huawei”nin qisasını kanadalıdan aldı – Məhkəmə hökmü

saytların hazırlanması

Evə çatdırılma

Çin “Huawei”nin qisasını kanadalıdan aldı – Məhkəmə hökmü

Dünya

11 Avqust 2021 12:42 1103


Çində məhkəməsi kanadalı iş adamı Maykl Spavoru casusluqda günahkar hesab edərək 11 il həbs cəzasına məhkum olunub.

Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, hökm Çin telekommunikasiya nəhəngi “Huawei”nin maliyyə direktorunu təmsil edən Kanadadakı vəkillərin onu ABŞ-a təhvil verməmək üçün məhkəməni inandırmağa çalışmasından sonra çıxarılıb.

Dandun Məhkəməsi Spavorun 50.000 yuan məbləğində şəxsi aktivlərinin müsadirə ediləcəyini, nə vaxt bəlli olmasa da, ölkədən deportasiya ediləcəyini açıqlayıb. pizza sifarişi

Pekin vəkili Mo Şaopin bildirib ki, deportasiya ümumiyyətlə, cəza çəkdikdən sonra olur, lakin xüsusi hallarda daha əvvəl baş verə bilər.

Kanadanın Vancouver beynəlxalq hava limanında ABŞ-ın qərarı ilə “Huawei” rəhbəri Men Vanjounun tutulmasından bir neçə gün sonra, 2018-ci ilin dekabrında Spavoru həbs edilib.

2019-cu ilin iyununda ona casusluq ittihamı irəli sürülüb.

Başqa bir kanadalı, keçmiş diplomat Maykl Kovriq də 2018 -ci ilin sonlarında, Menin həbsindən bir neçə gün sonra Çində saxlanılıb və casusluqda ittiham olunub. Onun məhkəməsi mart ayında başa çatıb, amma hökm hələ elan edilməyib.

Men həbs edildikdən sonra Çində narkotik ticarəti ittihamı ilə 4 kanadalıya ölüm hökmü çıxarılıb.

Xanım Men “HSBC Holdings PLC”-nin “Huawei”nin İrandakı ticarət əlaqələri ilə əlaqədar ABŞ-ın Tehrana qarşı iqtisadi sanksiyalarının pozulmasına səbəb ola biləcəyi ilə bağlı yanıltmada günahlandırılır.

Vankuverdə ev dustağı ola-ola ekstradisiyasına qarşı mübarizə aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!