Çin Dövlət başçısı Si Cinpin Tayvanı sülh yolu ilə birləşməyə çağırıb.
Yenisabah.az bildirir ki, bu barədə “Euronews” xəbər verib.
“Çin ilə Tayvan arasında birləşmə baş verməlidir, mütləq baş verməlidir, sülh yolu ilə birləşmə Tayvan vətəndaşları da daxil olmaqla bütün Çin xalqının xeyrinədir”. Marqarita pizza
Bu sözləri, Çin Sosialist İnqilabının 110-cu ildönümü ilə əlaqədar Pekində təşkil olunmuş tədbirdə çıxış edən Çinin Dövlət başçısı Si Cinpin deyib.
“Heç kim Çin xalqının milli suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmini, iradəsini və güclü qabiliyyətini aşağı qiymətləndirməməlidir. Tayvanda müstəqillik istəyən separatçılar, Tayvanın bizə yenidən birləşməsi prosesində ən böyük maneədir.” – deyə Çin lideri fikirlərini tamamlayıb.
Xatırladaq ki, ötən həftə Tayvan tərəfi, Çinin 2025-ci ilə qədər bu ölkəni işğal etmək istədiyini iddia edib.
Telegram kanalımız