Çin Rusiyaya 1600 əsgər göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Çin Rusiyaya 1600 əsgər göndərəcək

Dünya

29 Avqust 2019 11:27 4842


Çin Rusiyada keçiriləcək "Mərkəz - 2019" hərbi təlimlərində iştirak etmək üçün 1600 əsgər, 30 helikopter, təyyarə və 300 silah növü göndərəcək.

“Yeni Sabah” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Zen Quocan deyib.

O bildirib ki, bu təlimlər Rusiya-Çin münasibətlərinin inkişaf etdirilməsinə daha da təkan verəcək: “Bu təlimlər hərtərəfli strateji qarşılıqlı fəaliyyət və tərəfdaşlıq olması üçün yaxşı fürsətdir. Təlimlərdə birgə iştirak Rusiya-Çin münasibətlərinin daha da inkişaf etdirilməsinə, hərbi sahədə dostluq,  praktik əməkdaşlığının dərinləşdirilməsinə, həmçinin müxtəlif təhlükəsizlik təhdidlərinə birgə cavab vermək imkanlarının artırılmasına görə çox vacibdir". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!