Çin televiziyası “Arsenal”ın matçını Məsut Özil oynamadığı üçün yayımladı

saytların hazırlanması

Evə çatdırılma

Çin televiziyası “Arsenal”ın matçını Məsut Özil oynamadığı üçün yayımladı

İdman

23 Dekabr 2019 10:23 1315


Çinin PPTV telekanalı İngiltərənin "Arsenal" klubunun oyununu bu dəfə yayımlayıb.

"Yeni Sabah" xəbər verir ki, buna səbəb İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Everton" - "Arsenal" oyununda Məsut Özilin iştirak ərizəsində yer almaması olub.

Əgər Özil qarşıdakı görüşlərdən də kənarda qalsa, oyunların yayımlanacağı bildirilir.  Dominos pizza

Qeyd edək ki, türk əsilli yarımmüdafiəçi bu yaxınlarda şəxsi "İnstagram" hesabında Çində uyğurların sıxışdırılmasını pisləyib və müsəlmanları bu problemə susmaqda ittiham edib. Lakin London klubu bəyanatla çıxış edərək, Özilin sosial şəbəkədə yazdıqlarının öz şəxsi fikri olduğunu bildirib. Futbolçunun həmin fikirləri səbəbindən Çin telekanalları Özilin iştirak etdiyi "Arsenal" -Mançester Siti" (0:3) oyununu yayımlamayıb. Eyni zamanda ölkədə futbolçunun adına açılan sosial şəbəkə hesabları bloklanıb və sildirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!