Cinayət törədən 48 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Cinayət törədən 48 nəfər saxlanılıb

Kriminal

16 May 2019 07:57 734


Mayın 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 27 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Marqarita pizza

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!