Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb - DİN

saytların hazırlanması

Evə çatdırılma

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb - DİN

Kriminal

02 Oktyabr 2025 10:32 511


Oktyabrın 1-də qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumən 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Sezar pizza

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 4 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!