Çində koronavirusun ikinci dalğası yayılmağa başladı

saytların hazırlanması

Evə çatdırılma

Çində koronavirusun ikinci dalğası yayılmağa başladı

Sağlamlıq

27 Aprel 2020 16:25 755


Çinin Uhan şəhərindən sonra paytaxt Pekində koronavirusun ikinci dalğası geniş vüsət alıb.

Yenisabah.az xəbər verir ki, Pekində bu səbəblə bir çox iş yerləri yenidən bağlanıb.

Rəsmi rəqəmlərə görə, 82 mindən çox insanın yoluxduğu, 4 633 nəfərin öldüyü birinci dalğadan sonra pandemiyanın ikinci dalğası da Rusiya sərhədləri və paytaxtda geniş yayılmağa başlayıb. pizza hut

Sonuncu pasiyentlərin də evə buraxılmasından sonra karantin qaydalarının yumşaldıldığı Çində bu səbəblə yeni qadağa və məhdudiyyətlər qüvvəyə minib. 10 milyondan çox əhalisi olan Pekində xeyli iş yerləri ilə bərabər idman zalları, hovuzlar qapadılıb. Həmçinin gigiyena qaydalarına əməl etməyənlər, maskasız küçəyə çıxan xəstələr və küçədə açıq şəkildə köpək gəzdirənlər üçün böyük məbləğdə cərimələr nəzərdə tutulub.(“Report”)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!