Çində məscidlər dağıdıldı

saytların hazırlanması

Evə çatdırılma

Çində məscidlər dağıdıldı

Dünya

22 Sentyabr 2019 21:24 955


Çin hökuməti məscid və minarələri məhv edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Lenta.ru "Independent" nəşrinə istinadən məlumat verir.

Belə ki, Daxili Monqolustan, Xenyean, Ninsya və Hansu vilayətlərindəki dini tikililər məhz edilməkdədir. Məsələn,  "Çinin kiçik Məkkəsi" adlandırılan Linsya şəhərinin kənarındakı kənddə minarələr dağıdılıb. Burada Çinin müsəlmanlarının ən böyük hissəsini təşkil edən xueylər yaşayır. Bundan başqa, hökumət Yunyan vilayətindəki üç məscidi bağlayıb, bütünlükdə ölkədə isə ərəb yazısı qadağan olunub. pizza mizza

Müsəlmanları düşərgələrə göndərir, onları övladlarından ayırır və öldürürlər. İyun ayında Çin hökuməti müsəlman uyğur əsirlərin işgəncələrə məruz qalması barədə məlumatları təkzib edib. Ölkənin xarici işlər naziri isə deyib ki, səhvən “təhsil və peşə hazırlığı mərkəzlərini” “əsir düşərgələri” adlandırırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!