Çində ailə cütlüklərinin üç uşaq sahibi olmasına rəsmən icazə verilib.
Yenisabah.az "Sinxua" agentliyinə istinadla xəbər verir ki, bu gün Çin Milli Konqresi (parlament) müvafiq qanunu təsdiqləyib.
3-cü övlada sahib olma icazəsi hələ may ayında elan olunub. Sezar pizza
Çində 1979-cu ildən bəri əhali artımına nəzarət etmək üçün tək uşaq siyasəti yürüdüb.
2016-cı ildə əhalinin artımının yavaşlaması ilə doğum sayı 2 uşağa yüksəldilib.
Son siyahıyaalma zamanı Çində doğum nisbətinin kəskin azaldığı müəyyən edilib.
Son siyahıyaalmaya əsasən, Çin əhalisi 1.411 milyar nəfərdən ibarətdir.
Telegram kanalımız