Çində zəlzələ: ölən və xeyli sayda yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Çində zəlzələ: ölən və xeyli sayda yaralanan var

Dünya

08 Sentyabr 2019 14:16 950


Çinin Sıçuan vilayətinin Veyuan qəzasında baş vermiş zəlzələ zamanı 1 nəfər ölüb, xəsarət alanların sayı 53 nəfərə çatıb.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, 14 yaralıya zəruri tibbi yardımlar göstərilib və onlar səhiyyə müəssisələrini tərk ediblər. Onlardan birinin vəziyyəti ağırdır. Digər xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Sezar pizza

Təbii hadisənin fəsadlarının aradan qaldırılmasına 5 minə yaxın adam edilib. Xilasedicilər təhlükəli ərazilərdən 823 nəfəri təxliyə ediblər.

Zəlzələ 86 evi dağıdıb, ümumilikdə isə 194 evə, iki mindən çox binaya ciddi və yüngül zərər dəyib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!