Çindən təxliyyə edilən azərbaycanlılarda virus aşkarlanıb? - Cavab açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Çindən təxliyyə edilən azərbaycanlılarda virus aşkarlanıb? - Cavab açıqlandı

Rəsmi

07 Fevral 2020 15:16 1199


Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdən, o cümlədən təyyarənin ekipaj, texniki və tibbi heyət üzvləri olmaqda, 61 nəfərdən götürülən növbəti analizlərin nəticələri açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, analizlərin nəticələrinə əsasən, 61 nəfərdə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, bundan əvvəl də açıqlanan nəticələrə görə, həmin şəxslərdə koronavirus aşkarlanmayıb.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 61 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları, ekipaj, texniki və tibbi heyət üzvləri olub.  /APA Toyuqlu pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!