ÇL-in qalibi 2 futbolçusunu satır

saytların hazırlanması

Evə çatdırılma

ÇL-in qalibi 2 futbolçusunu satır

İdman

02 İyun 2025 13:15 353


UEFA Çempionlar Liqasının builki qalibi PSJ heyətini yeniləməyi planlaşdırır.

Yenisabah.az xəbər verir ki, klub kifayət qədər oyun praktikası əldə etməyən futbolçuları komandadan göndərəcək.

Artıq PSJ 2 futbolçunu satmaq qərarına gəlib. Söhbət hücumçular Qonzalo Ramos və Li Kanq İndən gedir. Dominos pizza

23 yaşlı Qonzalo bu mövsümdə 41 oyuna (1631 dəqiqə) çıxıb, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. Li isə 45 oyunda (2397 dəqiqə), 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Hər iki futbolçunun klubla müqaviləsi 2028-ci ilə qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!