ABŞ kəşfiyyat orqanları koronavirusun mənşəyini aydınlaşdırmaq üçün açar ola biləcək genetik məlumatlar əldə edib.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, genetik məlumatlar hələlik deşifrə olunmayıb.
Bu nəhəng məlumat kataloqu özlüyündə Uhan laboratoriyasında öyrənilən virus nümunələrindən götürülmüş genetik planları ehtiva edir. Sezar pizza
ABŞ kəşfiyyat xidmətlərinin məlumatları necə və nə vaxt əldə etdiyi dəqiq bilinmir, lakin bu tip virusların genetik məlumatlarının yaradılmasında və işlənməsində iştirak edən maşınlar, ümumiyyətlə, xarici bulud serverlərinə bağlanlır və bu, onları “hack” etmə imkanı yaradır.
Bununla belə, xam məlumat topasını faydalı informasiyaya çevirmək, onu emal etmək üçün bir sıra çətinliklər var. Kəşfiyyat orqanları 17 elit dövlət araşdırma institutunun cəmləşdiyi Energetika Nazirliyinin milli laboratoriyalarında superkompüterlərdən istifadə edir.
Həmçinin kadr problemi mövcuddur. Kəşfiyyat agentliklərinə yalnız mürəkkəb genetik ardıcıllıq məlumatlarını şərh etmək, müvafiq rəsmi izn səviyyəsinə malik olan alimlərə deyil, həm də Çin dilini bilən mütəxəssislərə ehtiyac duyur, çünki məlumatlar Çin dilindədir.
Telegram kanalımız