CNN-in Əfqanıstandakı məşhur diktoru Klarissa Vord ölkədəki təcrübələrini ictimaiyyətlə bölüşüb.
Yenisabah.az xəbər verir ki, “Taliban” Kabili ələ keçirdikdən sonra qara çadra geyinən Vord əvvəlcə “Taliban” yaraqlısının onlara hücum etməsindən danışıb.
“Komandamızdakı sahə prodüseri Brent Sveyls telefonu ilə bir video çəkirdi. Həmin vaxt silahlı 2 "Taliban" üzvü yaxınlaşdı. Silahın ucu ilə bizi vurmağa hazırlaşarkən qışqırdıq. Bizə əhəmiyyət vermədilər, amma sonra yanlarına gələn başqa “Taliban” üzvü jurnalist olduğumuzu deyərək onları əngəllədi. Bu şəkildə bizə hücum etmədilər. Davamlı atəş səsi eşidilir. Həyatımda çox qarışıqlıq gördüm, amma burada tam bir xaos var”, - deyə o qeyd edib. pizza mizza
Telegram kanalımız