Co Bayden İran mənşəli şəxsi Blinkenə köməkçi təyin etmək istəyir 

saytların hazırlanması

Evə çatdırılma

Co Bayden İran mənşəli şəxsi Blinkenə köməkçi təyin etmək istəyir 

Dünya

04 Avqust 2021 16:43 979


ABŞ hökuməti İran mənşəli amerikalı Ramin Tolui Tehranini dövlət katibinin iqtisadiyyat və ticarət üzrə köməkçisi vəzifəsinə namizəd olaraq irəli sürəcək.

Yenisabah.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. 

Prezident Co Baydenin namizədi olan Ramin Tolui süni intellekt və investisiya idarəçiliyi üzrə mütəxəssisdir. O bu vəzifəyə təsdiqlənərsə, ticarət sahəsində yol xəritələrini təyin etmədə ABŞ dövlət katibi Entoni Blinkenin xüsusi nümayəndəsi olacaq. Toyuqlu pizza

Ramin Tolui keçmiş prezident Barak Obamanın dövründə maliyyə nazirinin beynəlxalq maliyyə üzrə köməkçisi vəzifəsində çalışıb. 

İran mənşəli amerikalı namizəd Harvard Universitetinin məzunudur, Oksford Universitetində doktorluq dərəcəsi alıb.

Tolui artıq İrana qarşı iqtisadi müharibəni planlaşdırmada rol oynadığı üçün tənqid edilib. O, əvvəllər beynəlxalq investisiyalar üzrə idarəetmə şirkəti olan “Pimco International”ın direktoru vəzifəsində çalışıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!