Co Bayden: “Qərarımdan peşiman deyiləm”

saytların hazırlanması

Evə çatdırılma

Co Bayden: “Qərarımdan peşiman deyiləm”

Dünya

11 Avqust 2021 12:10 971


“Əfqanıstanı tərk etmək qərarından peşman deyiləm”.

Yenisabah CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden mətbuat konfransında bildirib.

ABŞ-ın Əfqanıstanda “Taliban” hərəkatının geniş hücumu ilə bağlı qərarını dəyişib-dəyişməyəcəyi sualına cavab olaraq o deyib: "Son 20 ildə orada 300 mindən çox Əfqanıstan əsgərini təlim və təchiz etmək üçün 1 trilyon dollardan çox vəsait xərcləmişik. Əfqanıstan rəsmiləri bir araya gəlməlidir. Özləri ölkələri üçün mübarizə aparmalıdırlar. ABŞ hava dəstəyi və hava qüvvələrini yerləşdirməklə Əfqanıstana verdiyi öhdəlikləri əvvəlki kimi yerinə yetirəcək”. Sezar pizza

Bayden əlavə edib: “Əfqanıstanı tərk etmək qərarımdan peşman deyiləm. Əfqanlar da öz vətənləri uğrunda döyüşməlidirlər, onlar sayca “Taliban”dan çoxdur".

“Taliban” son günlər Əfqanıstanın daha 3 vilayətində nəzarəti ələ keçirib.

Hazırda ölkənin 7 əyaləti onlara tabedir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!