Colani: İşgəncə verənlər cəzalandrılacaq

saytların hazırlanması

Evə çatdırılma

Colani: İşgəncə verənlər cəzalandrılacaq

Dünya

10 Dekabr 2024 16:03 405


Suriyada hakimiyyəti ələ keçirən silahlı müxalifət “Suriya xalqına işgəncə verilməsində əli olan” təhlükəsizlik xidmətinin əməkdaşlarını və hərbçiləri məsuliyyətə cəlb etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bunu Suriya müxalifətinin lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əl-Şəraa deyib.

O, Suriya dövlət televiziyasında çıxışında deyib: “Suriya xalqına işgəncə verən cinayətkarları, qatilləri, təhlükəsizlik qüvvələrini və ordu zabitlərini məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik. Biz hərbi cinayətkarları təqib edəcəyik və ədalətli şəkildə cəzalandırılmaları üçün qaçdıqları ölkələrdən onların ekstradisiyasını tələb edəcəyik”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!